Ərdoğanla Əsəd on ildən sonra ilk dəfə GÖRÜŞƏ BİLƏRbackend

Ərdoğanla Əsəd on ildən sonra ilk dəfə GÖRÜŞƏ BİLƏR

“Yaxın günlərdə Ərdoğan və Əsəd görüşə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək ŞƏT sammitində görüşə bilər.

Ərdoğan Türkiyə hökumətinin iclasında Suriya müxalifəti ilə Suriya Prezidenti Bəşər Əsədi barışdırmaq təşəbbüslərini müzakirə edəcək.

Nəşrin məlumatına görə, barışıq təşəbbüsünü Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı dəstəkləyir. Bu partiya hakim koalisiyada Ərdoğanın müttəfiqi hesab olunur.

Bundan əlavə, mətbuatda yayılan xəbərlərə görə, Ərdoğanla Əsəd 10 ildən sonra ilk dəfə 15-16 sentyabrda Səmərqənddə keçiriləcək ŞƏT sammitində görüşə bilər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*