“İran İsfahana hücuma cavab olaraq Azərbaycana zərbə endirə bilər”.
KONKRET.az xəbər verir ki, Britaniyada çap olunan “Rai əl-Youm” ərəb qəzetinin baş redaktoru, tanınmış yazıçı Abdel Bari Atvan İsfahandakı hərbi obyektlərə hücuma görə İranın İsrailə üç mümkün cavabını proqnozlaşdırıb.
İran uzaqmənzilli dəqiq idarə olunan raketlərlə İsrailin dərinliklərindəki hərbi infrastruktur hədəflərinə birbaşa zərbə endirə bilər. Bu, ümumi müharibəyə səbəb ola bilər;
Pilotsuz təyyarələrin buraxıldığı güman edilən ölkələrdəki hədəflərə zərbələr endirmək üçün kamikadze dronlar göndərə bilər. Müəllif əsasən İraq Kürdüstanını və ya guya İsrail hərbi bazalarının olduğu Azərbaycanı göstərir;
İraqda, Livanda və Yəməndə və ola bilsin Qəzza zolağında, İordan çayının qərb sahilində İrana sadiq silahlı qruplara fərdi və ya birlikdə cavab vermək səlahiyyətini verə bilər.
Xuraman Etibarlı,
KONKRET.az
