Ermənistan hakimiyyəti Rusiya bazarını əvəzləmək və əmtəə dövriyyəsini həyata keçirmək üçün birbaşa və ya dolayısı ilə Rusiya yoluna alternativ kimi Türkiyə və Azərbaycan istiqamətlərinə işarə edir. Bu barədə müxalif deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan öz sosial şəbəkə hesabında yazıb.
KONKRET.az xəbər verir ki, erməni deputat hakimiyyətin bu siyasətinə kəskin etirazını bildirib:
“Belə bir təəssürat yaranır ki, sanki Türkiyə və Azərbaycan xalqımıza qarşı heç bir hərbi cinayət törətməyib. Məgər sərhədlər artıq açılıb, sülh müqavilələri imzalanıb, Azərbaycan qoşunları isə Ermənistanın suveren ərazilərindən (?) çıxarılıb?
Təsəvvür edirsinizmi, əgər Azərbaycan və Türkiyə belə bir şəraitdə infrastruktur və iqtisadi sahələrdə bu cür həlledici rol əldə etsələr, nə baş verəcək? Bu, öz növbəsində qaçılmaz olaraq siyasi təsirə gətirib çıxaracaq.
Sonra isə yenə deyəcəklər ki, “ruslar bizi atdı, ona görə də yeni güzəştlərə getməli olduq'”.
Ağagül Mürsəlov,
KONKRET.az
