Erməni həbsxanalarında iğtişaş – TƏCİLİbackend

Erməni həbsxanalarında iğtişaş - TƏCİLİ

Konkret.az Ermənistan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, dünən gecə saatlarında ayrı-ayrı cəzaçəkmə müəssisələrində iğtişaşlar baş verib.

Penitensiar Xidmətin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində iğtişaşlar amansızlıqla yatırılıb. Ölən və yaralananlar barədə məlumat verilmir.

Vəziyyət ciddi nəzarət altındadır. Hər an iğtişaşların yenidən baş verməsi ehtimalı var. Buna görə də Ədliyyə Nazirliyinin əlavə silahlı qüvvələri həbsxanalara cəlb edilib.

Yerli mətbuatın yazdığına görə, iğtişaşlar Nubaraşen, daha sonra Hrazdan Penitensiar Müəssisələrində başlayıb.

Hazırladı: F.TAHİROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*