Erməni hərbçilər Xankəndi, Xocalı və Xocavənddən tamamilə ÇIXARILIR – SON DƏQİQƏ!backend

Erməni hərbçilər Xankəndi, Xocalı və Xocavənddən tamamilə ÇIXARILIR - SON DƏQİQƏ!

Ermənistan ordusunda müqaviləli hərbi qulluqçularla (MAXE) müqavilələrə xitam verilir.

KONKRET.az xəbər verir ki, bu barədə “medaport” teleqram kanalı yazıb.

Məlumata görə, Müdafiə Nazirliyi müqaviləli hərbi qulluqçulara bununla bağlı bildiriş göndərib:

“8 yanvar tarixindən etibarən onların müqavilələri ləğv ediləcək”.

Ermənistan Müdafiə Nazirliyindəki mənbə bildirir ki, yeni müqavilələr Qarabağdan çıxarılacaq hərbçilərin müəyyən hissəsi ilə imzalanacaq. Beləliklə, Ermənistan ordusunda hərbi qulluqçuların sayı azalacaq.

Bu, Qarabağda – Xankəndi, Xocavənd və Xocalıda hələ də qalan erməni silahlı birləşmələrinin tezliklə çıxarılacağı deməkdir.

10 noyabrda imzalanan üçtərəfli razılaşmanın 4-cü maddəsində erməni silahlı birləşmələrinin sülhməramlıların yerləşməsinə paralel olaraq çıxarılacağı əksini tapıb. Lakin razılaşmadan iki aya qədər vaxt keçməsinə baxmayaraq, bu hələ də reallaşmır. Rəsmi Bakı bununla bağlı qəti mövqeyini ortaya qoyub və gözləntilərə görə, 11 yanvarda (tarix dəyişə də bilər) Moskvada baş tutacaq Azərbaycan Prezidenti ilə erməni baş nazirinin görüşündə bu məsələ həll olunmalıdır.

“Armenian military portal” teleqram kanalı da bir neçə gün öncə yazırdı ki, yaxın gələcəkdə Ermənistan ordusu Qarabağdan tamamilə çıxarılacaq:

“Qarabağda yalnız yerli əhali, sülhməramlılar və az sayda erməni qüvvəsi qalacaq”./publika.az/

  • Fətəliyev Rafael
    Yanvar 8, 2021 - 18:08

    Ermənilər Azərbaycan qanunları ilə Azərbaycanda Qarabağda yaşayan biler

  • Lale
    Yanvar 8, 2021 - 23:35

    Ermənilərlə Azərbaycanlıların bir yerdə yaşaması mümkünsüz görünür. Hiyləgər Düşməndən dost olmaz.Atamızın,qardaşımızın ,yoldaşımızın,oğullarımızın qanını tökənlərlə həyat necə birgə.davam edə bilərki?

    • Ilkin
      Yanvar 10, 2021 - 11:09

      Hec bir halda Mumkun ola bilmez.

  • Fətəliyev Rafael
    Yanvar 9, 2021 - 08:29

    Qarabağ-Azərbaycandır

  • İlkin
    Yanvar 9, 2021 - 09:26

    Ermənilərin qalması düzgün deyil.Onlar soyqırım törədənlərdir.Qarabağdan çıxsınlar həm erməni həmdə rus.Türk ordusu gəlsin.

  • Zülfüqar
    Fevral 6, 2021 - 20:26

    ermənilər qarabağdan çıxmalıdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*