Ermənilər yenə ağlaşma qurub.
KONKRET.az xəbər verir ki, erməni mətbuatı türklərə məğlubiyyətlərinin acısını yaşamamış, Qarabağla Ermənistan arasında qalan yeganə dağ-meşə yolunun Azərbaycan tərəfindən nəzarətə götürüldüyünün harayını edir.
“Dünən “Arsax”ın “informasiya qərargahı” “bəyanat” yayıb ki, Azərbaycan silahlı qüvvələri Şuşi-Lisaqor (Şuşa-Turşsu – red.) sektorunda təmas xəttini pozaraq müəyyən mövqe irəliləyişini təmin edib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfi qoşunların təmas xəttini pozaraq 2054 m hündürlüyü zəbt edib və yeni ərazidə mühəndis işləri aparır.
Faktiki olaraq Azərbaycan tərəfi Qarabağla Ermənistan arasında qalan yeganə dağ-meşə yolunu nəzarətə götürərək yüksəkliyi ələ keçirib və “Arsax”a alternativ yol yoxdur”, – deyə erməni mediası yazıb.
Qeyd edək ki, yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Xuraman Etibarlı,
KONKRET.az
