Erməni ordusunda yaralılarlın sayı nə qədərdir? – Şok rəqəmbackend

Erməni ordusunda yaralılarlın sayı nə qədərdir? – Şok rəqəm

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərin profilaktikası və xəstəliklərə nəzarət Mərkəzinin direktor müavini, İmmun Profilaktikası Milli Layihəsinin rəhbəri Qayane Saakyan “Nyus Armeniya” (News Armenia) İnformasiya Agentliyinə müsahibəsində COVİD-19 yeni növ koronavirusa yoluxma ilə bağlı real rəqəmlərin proqnozlaşdırılan rəqəmlərdən 3-4 dəfə çox olduğunu deyib. Saakyanın sözlərinə görə, hazırda hər iki testdən biri pozitiv nəticə verir ki, bu da əhalinin 50 fazinin virusa yoluxduğu ehtimalını yaradır.

KONKRET.az  xəbər verir ki, bu sözləri tanınmış politoloq Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, Ermənistan Səhiyyə Nazirliyinin təmsilçisi koronavirusa yoluxma hallarının fantastik həddə çatdığını hərbi vəziyyətlə əlaqələndirib:

“O qeyd edib ki, Qarabağdan (işğal altında olan Azərbaycan ərazilərindən) gələnləri və könüllü hərəkatlarını nəzarətdə saxlamaq mümkün deyil. Qayane Saakyan mövcud vəziyyətin virusa yoluxma hallarının ən yüksək həddi olub-olmadığına da qeyri-müəyyən cavab verib və bildirib ki, yoluxma halları ilə bərabər ölüm halları da artır.

Ermənistan Səhiyyə Nazirliyi təmsilçisinin sözlərinə görə, xəstəxanaların COVİD-19 virusuna yoluxanların hər 12 nəfərindən yalnız birini qəbul etmək imkan var.

Qeyd edim ki, Ermənistan Səhiyyə Nazirliyinin rəsmi açıqlamasında bu gün 2381 nəfərin koronavirusa yoluxduğu, 41 nəfərin isə öldüyü bildirilir”.

Politoloqun sözlərinə görə, Ermənistan Səhiyyə Nazirliyi təmsilçisinin müsahibəsində ilk növbədə COVİD-19-a qarşı mübarizə və xəstəxanalarla əlaqədar işğalçı ölkədəki acınacaqlı vəziyyətin açıq şəkildə etiraf edilməsi diqqəti cəlb edir:

“Kimsəyə sirr deyil ki, ermənilər, xüsusilə də Ermənistanın rəsmi dövlət qurumlarının təmsilçiləri hətta real faktları dilə gətirəndə də hansısa məqsəd güdürlər. Qayane Saakyan COVİD-19-la bağlı mübarizənin ilk günlərindən Ermənistan Səhiyyə Nazirliyinin sözçüsü kimi çıxış edir, bu mövzuda rəsmi İrəvanın mövqeyi əsasən onun dilindən səslənir.

Ermənistan SN rəsmisinin müsahibəsində də göründüyü kimi, işğalçı ölkədə yoluxma halları, əsasən, hərbi vəziyyətlə, işğal altında olan Azərbaycan ərazilərindən qaçaraq işğalçı ölkəyə sığınan ermənilərlə və könüllülərlə əlaqələndirilir. Bu isə Ermənistanda hərbi xidmətdən yayınmaq məqsədilə insanların qəsdən koronavurusdan qorunmadıqlarını, yaxud COVİD-19 xəstələri ilə təmasda olmaqla bilərəkdən özlərini virusa yoluxdurduqlarını təsdiqləyən fakt kimi də qəbul oluna bilər. Hərbi əməliyyatların getdiyi bir vaxtda bu faktın üç dildə Ermənistanın aparıcı informasiya agentliklərindən biri vasitəsilə yayılması isə burada hansısa bir niyyətin olduğuna şübhə yaradır. Məsələn, hərbi xidmətə getməmək üçün müqavimət o həddə çatıb ki, Ermənistan rəhbərliyi hətta Cinayət Məcəlləsinə dəyişiklik etməklə, fərariliyə görə cəzaları artırmaqla bu problemin öhdəsindən gələ bilməyəcəyini başa düşür və işğalçı ordunun şəxsi heyətində döyüşçü çatışmazlığının və məğlubiyyətlərinin səbəbini ictimai rəyə təqdim etmək üçün zəmin hazırlayır. Yəni Paşinyan ali baş komandan kimi özünün və Ermənistan ordusunun acı məğlubuyyətini həm də COVİD-19-un üzərinə yükləmək istəyir”.

E.Mirzəbəyli Qayane Saakyanıın müsahibəsində təqdim edilən statistik göstəricilərin Ermənistandakı yaralı sayı ilə bağlı nəticə çıxarmaq üçün mənbə rolunu oynaya biləcəyini vurğulayıb:

“Ermənistan SN rəsmi təmsilçisi xəstəxanaların hər 12 nəfər COVİD xəstəsindən birini qəbul etməyə hazır olduğunu deyir. Yenə də Ermənistan SN-nin açıqladığı rəsmi statistikaya görə, hazırda bu ölkədə 33116 koronavirus xəstəsi var və onların hər 12 nəfərindən biri xəstəxanalarda müalicə olunur. Yəni 2760 nəfər. Xəstəxanalardakı digər yerlərin isə yaralılar üçün ayrıldığı bildirilir. Son statistik göstəricilərə görə, Ermənistan əhalisinin sayı 2 986 100 nəfərdir. Dünyya Bankının açıqladığı son hesabatda bildirilir ki, Ermənistan xəstəxanalarında əhalinin hər 1000 nəfərinə düşən çarpayı sayı 4,2 təşkil edir. Bu isə o deməkdir ki, hazırda Ermənistan xəstəxanalarında ən azı 12 min 542 yer var. Bu yerlərdən 2760-nın COVİD-19 xəstələrinə ayrıldığını nəzərə alsaq, yerdə 9 min 782 çarpayı qalır. Qeyd edim ki, Ermənistan SN-nin digər açıqlamalarında, xəstəxanalarda COVİD-19 xəstələriylə yanaşı, yalnız ağır vəziyyətdə olan xəstələr üçün yer ayrıldığı bildirilir. Onların da sayı 1000-1500 nəfərdən çox deyil. Bu rəqəmləri nəzərə alsaq, Ermənistan xəstəxanalarında müalicə alan yaralıların sayının 8 min nəfərdən çox olduğu aydın olur. Xatırladım ki, xəstəxanalar əsasən vəziyyəti ağır olan yaralıları qəbul edirlər. Bununla yanaşı, Azərbaycanın işğal altındakı ərazilərində – Dağlıq Qarabağ xəstəxanalarındakı çarpayı sayının da yaralılarla bağlı yekun rəqəmin əldə edilməsi üçün nəzərə alınmasını vacib hesab edirəm. Bununla bağlı, dəqiq statistik rəqəmləri əldə etmək mümkün olmasa da, hər halda səhra xəstəxanalarını da nəzərə alsaq, təxmini rəqəmi əldə etmək olar. Təxminən 1500 çarpayı. Bu isə Ermənistan ordusundakı ağır yaralıların sayının 10 min nəfərə yaxın olduğunu deməyə əsas verir. Amma real rəqəmin bundan daha çox olduğu qənaətindəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*