“Xarici işlər nazirinin əmri ilə Sergey Edilyan Ermənistanın ABŞ-nin Ohayo ştatındakı fəxri konsulu təyin edilib”.
KONKRET.az xəbər verir ki, bu barədə bu ölkənin ABŞ-dakı səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, fəxri konsulun ofisi erməni-amerikan mədəni, ticarət və iqtisadi əlaqələrin möhkəmləndirilməsi ilə məşğul olacaq.
Qeyd edək ki, Sergey Edilyan “Alpha Tek Automation Inc” və “American Truck Equipment” şirkətlərinin prezidentidir.
O, 1977-ci ildə İrəvanda hüquqşünas ailəsində anadan olub. Hüquq təhsili aldıqdan sonra İrəvan Prokurorluğunda, sonra İrəvan Baş Yurisdiksiyasının Birinci İnstansiya Məhkəməsində işləyib.
O, 2000-ci ildə ABŞ-yə köçüb və orada təhsilini Klivlend Universitetində davam etdirərək magistr dərəcəsi alıb.
O, həmçinin Klivlenddəki Müqəddəs Qriqor Narekatsi kilsəsinin şura üzvüdür.
Natiq Səlim,
KONKRET.az
