“Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır”.
KONKRET.az “factor.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib.
Nazir qeyd edib ki, yeni konstitusiya ətrafında müzakirələr aparılacaq və sonda yekun mətn hazırlanacaq.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi imzalamaq üçün əsas şərt kimi ölkə konstitusiyasının dəyişdirilməsini göstərib.
Məlik,
KONKRET.az