Ermənilər Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunu BAĞLADI – VİDEObackend

Ermənilər Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunu BAĞLADI - VİDEO

Ermənilər Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunu bağlayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, aprelin 11-də 44 günlük müharibədən sonra əsir düşən erməni diversantların yaxınları Gürcüstanla sərhədə gedən Gümrü-Bavra dövlətlərarası avtomobil yolunu bağlayıb.

Etirazçılardan biri Arkadi Ovannisyan mediaya bildirib ki, onlar əsir düşənlərin geri qaytarılmasını tələb ediblər.

“Bizim məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Bu müddət ərzində bizi heç bir idarə, o cümlədən Xarici İşlər Nazirliyi və Baş nazir qəbul etməyib”, – deyə ermənilər

bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*