Ermənilər TƏŞVİŞDƏ: “Azərbaycan müharibənin bitmədiyini daim xatırladır” – Abramyan + VİDEObackend

Ermənilər TƏŞVİŞDƏ: “Azərbaycan müharibənin bitmədiyini daim xatırladır” – Abramyan + VİDEO

“Azərbaycan müharibənin bitmədiyini daim xatırladır”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki,  bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan fikir səsləndirib.

“Müharibədən sonrakı dövrdə tərəflər yeni sərhədlər formalaşdırır və bu, yerlərdə əlverişli mövqelər uğrunda gedən bir yarışdır” – o vurğulayıb.

Ümumiyyətlə, müharibədən dərhal sonra Azərbaycan tərəfi əsas istiqamətlərdə taktiki-strateji üstünlük əldə etdi. Ancaq elə sahələr var ki, orada mövqe mübarizəsi hələ davam edir və bu, situasiya dəyişiklikləri ilə müşayiət olunur” – Abramyan bildirib.

“Azərbaycan öz mövqe üstünlüklərindən istifadə edir və Ermənistan hakimiyyət orqanlarına daim xatırladır ki, razılaşmalar yerinə yetirilməsə hərbi əməliyyatlar ehtimalı yenidən gündəmə gələcək. Çünki rəsmi Bakı müharibənin hələ bitmədiyini vurğulayır. Odur ki, Ermənistan hakimiyyətinin güzəşt siyasətindən asılı olmayaraq, təzyiqlər davam edəcək” – deyə Abramyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*