Ermənilər Xudavəng monastrına buraxılmadı – FOTObackend

Ermənilər Xudavəng monastrına buraxılmadı - FOTO

Erməniləri Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırına buraxmayıblar.

KONKRET xəbər verir ki, bu barədə Ermənistan sakini Yevgeniya Yengibaryan öz feysbuk hesabında yazıb.

“Milad günü xoşagəlməz hadisə ilə başladı. Rəfiqəm ilə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik. Bizim 40 nəfər olmağımıza baxmayaraq, həmçinin ziyarət etmək istəyənlərin sayında məhdudiyyətin olmaması bildirilsə də, bizim tərəf (Ermənistan tərəf) yalnız 30 ziyarətçini türklərlə (Azərbaycan tərəf) razılaşdırıb. Nəticədə üçüncü avtobusdan hamını düşürdüblər. Hə, Xudavəngi ziyarət etmək düşmənlə razılaşdırmadan asılıdır. Salam, yeni reallıq. Səninlə necə barışıb və dəli olmamaq – məsələ budur”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*