Ermənilər yolu azaraq Ermənistana keçən əsgərimizin fotosunu paylaşıb.
KONKRET.az xəbər verir ki, bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də azaraq Ermənistan ərazisinə keçən ikinci azərbaycanlı hərbçinin tapılaraq həbs edildiyini açıqlayıb.
Azərbaycan əsgəri Qafan icmasının Noraşenik səmtinin Açanan kəndində tapılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi əlverişsiz hava şəraiti və görmə məsafəsinin aşağı olması səbəbindən iki azərbaycanlı hərbçinin Naxçıvan istiqamətində itkin düşdüyü barədə məlumat yayıb.

Xuraman Etibarlı,
KONKRET.az
