Kaliforniya Apellyasiya Məhkəməsi ABŞ-dakı ermənilərin ailələrinin kompensasiya və torpaq sahələri ilə bağlı verdiyi iddiaları rədd edib. Konkret.az Türkiyə mediasına istinadla xəbər verir ki, erməni mənşəli ABŞ vətəndaşları Garbis Davoyan və Hrayr Turabiyan tərəfindən 29 iyul 2010-cu ildə, Aleks Bakaliyan, Anais Haroutunyan və Rita Mahdessiyan tərəfindən isə 10 dekabr 2010-cu ildə Kaliforniya Əyaləti Məhkəməsində Türkiyə ilə Mərkəzi Bank və “Ziraat” Bankı əleyhinə açılan iki ayrı təzminat müraciət mərhələsində rədd edilib.
9 illik məhkəmə prosesi zamanı ABŞ məhkəmələrində işi açan erməni əsilli ABŞ vətəndaşları ailələrinin əmlakları və torpaqlarının 1915-ci il hadisələri zamanı Osmanlı İmperiyası tərəfindən müsadirə edildiyini və haqsız qazancın xəzinə və dövlət banklarının xeyrinə əldə edildiyini iddia etmişdilər. İddialarda beynəlxalq hüquq və insan hüquqlarının pozulmasına görə varislərin vurduğu zərərin ödənilməsi tələb edilirdi.
Türk banklarının müdafiəsi suveren toxunulmazlıq prinsipinə əsaslanırdı. Müdafiə tərəfi 1976-cı il tarixli “Suveren toxunulmazlıq qanunu” adlı ABŞ hüquq sisteminin qanununa uyğun olaraq sınaqdan keçirilə bilməyəcəyini bildirib. İddiaçılar bu qanunun müstəsna müddəalarının tətbiq edilməli olduğunu və xarici dövlətlərin və ya bankların mühakimə oluna biləcəyini iddia etsələr də, 9-ci ildən sonra Türkiyə haqlı çıxıb.
26 mart 2013-cü il tarixli qərarında Kaliforniya Regional Dairə Məhkəməsi nəticədə iddianın məhkəməyə verilə bilməyəcəyi və mahiyyət etibarilə siyasi bir mövzu olduğu qənaətinə gəlib. Türkiyə lehinə olan bu qərar erməni diasporunu dayandırmayıb.
ABŞ-dakı ermənilərin vəkilləri qərara qarşı 2013-cü ilin aprelində Apellyasiya Məhkəməsinə müraciət ediblər. Kaliforniya Apellyasiya Məhkəməsi iki işi birləşdirib. Türkiyə adına Xarici İşlər Nazirliyinin iştirakı ilə keçirilən 9 illik hüquq mübarizəsi sonunda Kaliforniya Apellyasiya Məhkəməsi Türkiyəni haqlı tərəf kimi tanıyıb. 8 Avqust 2019-cu ildə Məhkəmə “vaxtı çatmadı” səbəbiylə ermənilərin müraciətini rədd edib. Bununla da birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Apellyasiya Məhkəməsi qərarını birinci instansiya məhkəməsinin “siyasi işlər doktrinası”na deyil, “məhdudiyyət müddəti” zəmininə əsaslandırıb. Bu Türkiyə üçün daha əlverişli bir qərar idi.
Apellyasiya Məhkəməsi hesab edib ki, iddiaçılar iddia edilən “qırğınlar”ın əsl qurbanları deyildilər, atalarının bir çoxu on illər əvvəl ABŞ-da məskunlaşmışdılar.
Beləliklə, məhkəmə ermənilərin tarixi iddiaları ilə bağlı hər hansı araşdırma aparmadan bu iddiaları yekdilliklə rədd edib.
Rəhim Əliyev