Ermənilərin Rusiyada “qeyri-adi sərgüzəştləri” – BAŞLANDIbackend

Ermənilərin Rusiyada "qeyri-adi sərgüzəştləri" - BAŞLANDI

Nikol Paşinyanın anti-Rusiya siyasəti öz bəhrəsini verməkdədir və bunun ilk dadını Rusiya Federasiyasında yaşayan soydaşlarımız hiss edir. Ermənilər Rusiyanın güc strukturlarının “mikroskopuna düşüblər”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV-də yazılar dərc edilir.

“Bu günlərdə ermənilərin bayram tədbirinin videosu paylaşılıb, həmin vaxt maskalı təhlükəsizlik qüvvələri içəri daxil olub sənədləri təqdim etməyi tələb ediblər. İşin gülməli tərəfi odur ki, təhlükəsizlik qüvvələri içəri girəndə erməni ravvin müğənni Manvel Paşayan Putinlə bağlı mahnı oxuyurdu.

Bir gün sonra Rusiya qüvvələri hansısa maxinasiyaya görə Sardaryan soyadlı erməni inşaatçıya “asfalt döşədi”. Rusiyanın aparıcı televiziyalarında Sardaryanın həbsi ilə bağlı böyük reportaj yayımlanıb.

Rusiyada yaşayan soydaşlarımız deyirlər ki, bunlar hələ də “qar dənələridir” və Moskva hökumətindən daha sərt hərəkətlər gözlənilir. Mətbuat artıq on minlərlə erməninin ölkədən deportasiya oluna biləcəyini yazıb.

Xatırladaq ki, 2008-ci ildə Gürcüstan Rusiya sülhməramlılarına hücum edəndə hətta Rusiya vətəndaşlığı olan gürcülər də Rusiyadan deportasiya edilmişdi”, – deyə məqalənin birində deyilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*