“Ermənilərin xaricdə terror əməliyyatları davamlı olacaq” – AÇIQLAMAbackend

"Ermənilərin xaricdə terror əməliyyatları davamlı olacaq" - AÇIQLAMA

Elxan Şahinoğlu

Dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə güllə atılıb, onlardan ikisi yaralanıb.

Bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD)  sədri Hikmət Cavadov deyib: “Bu mesajı aldıqdan sonra mən və idarə heyətinin üzvləri hadisə yerinə gəldik. Tələbələrimiz evə qayıdanda binanın həyətində erməni nömrəsi olan bir avtomobil görüblər. Avtomobil sahibi azərbaycanlılarla mübahisəyə başlayıb. Bundan sonra ona başqa bir erməni də qoşulub. Onlardan biri istifadə etdiyi tapançadan tələbələrə atəş açıb. Təcavüzkarlar cinayət yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralılar xəstəxanaya aparılıb. Polis təcavüzkarları axtarır”

Bununla bağlı KONKRET.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Kiyevdəki hadisələr göstərir ki, artıq ermənilər terrora baş vururlar: “Başqa ölkələrdə də bu cür terrorlara əl atacaqları istisna deyil. Ona görə də biz öz tədbirlərimizi görməliyik. Necə ki, Dağlıq Qarabağda anti-terror barəsində düşünürük. Dünyanın başqa ölkələrində də vətəndaşlarımızı qorumaq üçün ermənilərin terrorlarına qarşı qabaqlayıcı addımlar atmalıyıq. Çünki yenə də bu hadisələrlə bağlı video-görüntülər gəlməkdədir. Ermənilər azərbaycanlıları təkləyir, üzərlərinə hücumlar çəkir, döyməyə çalışırlar. Artıq silaha da əl atıblar. Bilirsiniz ki, Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə güllə atılıb. Tələbələrimizdən ikisi yaralanıb. Bu gedişata seyirçi qala bilmərik. Tədbirlərimizi görməliyik. Hər dəfə müdafiə mövqeyini tutsaq vətəndaşlarımızı itirə bilərik. Qabaqlayıcı tədbirlər haqqında ciddi düşünməliyik”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*