“Regnum” informasiya agentliyinin redaksiyasında baş redaktor dəyişdirilib.
KONKRET.az-ın məlumatına görə, “Regnum” MMC-nin təsisçisinin nümayəndələri İnterfaks-a bildiriblər ki, baş redaktor vəzifəsini tutan Modest Kolerov səlahiyyətlərindən azad edilib.
Qeyd edək ki, keçmiş redaktor hər zaman ermənipərəst mövqeyi ilə tanınıb.
Nəşrin yeni baş redaktoru vəzifəsinə Aleksandr Qriqoryev təyin edilib.
Günel Mikayılova,
KONKRET.az
