“Ermənistan artıq hüquqi dövlət deyil” – Qarnik Danielyanbackend

"Ermənistan artıq hüquqi dövlət deyil" – Qarnik Danielyan

“Ermənistanda baş verən proseslər bir həqiqəti göstərir: ölkə böyük bir həbs düşərgəsinə çevrilib”.

KONKRET.az xəbər verir ki, bu fikri bu gün, iyulun 24-də İstintaq Komitəsinin binası qarşısında jurnalistlərə açıqlamasında “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan səsləndirib.

O bildirib: “Hələ bir neçə ay əvvəl demişdim ki, hakim qüvvənin məqsədi müxalif düşüncəli insanları, müxalifət nümayəndələrini, siyasi xadimləri, eləcə də adi vətəndaşları qorxu və terror mühitində saxlamaq, onlara təzyiq göstərmək və azadlıqlarını əllərindən almaqdır. Bu baxımdan Ermənistanda tam qorxu atmosferi hökm sürür və sadəcə müxalif olmaq artıq cinayət təqibinə məruz qalmaq üçün əsas sayılır”.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*