Ermənistan ayın sonuna kimi Laçından yan keçən yolun çəkilməsini öhdəsinə götürüb – Baqdasaryanbackend

Ermənistan ayın sonuna kimi Laçından yan keçən yolun çəkilməsini öhdəsinə götürüb - Baqdasaryan

Erməni tərəfi bir ay ərzində Laçından yan keçən yeni yolumuzla birləşəcək hissəni tikib, şəhəri təhvil verəcək.

KONKRET.az xəbər verir ki, bunu “Hetq” qəzetinin baş redaktoru Edik Baqdasaryan öz Facebook səhifəsində yazıb. O, Paşinyanın tezliklə Laçını təhvil verəcəyini bildirib.

“Görünür, danışıqlarda “razılıq” var. Erməni tərəfi ayın sonuna kimi Berdzor (Laçın) ətrafında yol çəkməli və şəhəri təslim etməlidir. Bu, yolun üç kilometrlik hissəsidir ki, Kornidzor (Zəngəzurda kənd) yolunun tikintisinə qədər Ermənistanla əlaqə onun vasitəsilə həyata keçiriləcək.

Bunun nə dərəcədə doğru olduğunu yaxın günlərdə öyrənəcəyik”, – deyə Baqdasaryan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*