Ermənistan bir daha heç vaxt işlənmiş silahlara sahib olmayacaq.
KONKRET.az xəbər verir ki, bunu parlamentin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi komissiyada büdcə müzakirələrinin qapalı hissəsində Müdafiə Nazirliyinin xərcləri ətraflı müzakirə olunub. Bundan əlavə, İrəvanın müstəsna yeni müdafiə silahları alacağı konsepsiya təqdim edilib.
Qeyd edək ki, son bir-iki il ərzində Hindistan mənbələri İrəvanla Dehli arasında hərbi-texniki sövdələşmələr barədə dəfələrlə yazıblar.
Məlumatda qeyd edilir ki, xüsusilə Ermənistan çoxsaylı reaktiv yaylım atəşi sistemləri, müxtəlif artilleriya qurğuları və zenit-raket kompleksləri alıb.
Bundan baçqa, Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla danışıqlardan sonra Ermənistana üç GM200 radarının tədarük edildiyini və “Mistral” hava hücumundan müdafiə sistemlərinin gələcək tədarükü ilə bağlı anlaşma memorandumunun imzalandığını açıqlayıb.
Ariz Həsənoğlu,
KONKRET.az