Ermənistan hərbi xərclərini 81 faiz artıracaqbackend

Ermənistan hərbi xərclərini 81 faiz artıracaq

Ermənistan 2024-cü ildə hərbi xərclərini 2020-ci ilə nisbətən 81 % artırmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, İrəvan administrasiyası 2024-cü ildə müdafiə sahəsinə 557 milyard dram (təxminən 2.5 milyard manat) vəsait ayırıb. Bildirilib ki, bu, Ermənistanın 2024-cü il ümumi dövlət xərclərinin təqribən 17 faizindən çoxuna bərabərdir.

Ermənistan Müdafiə Nazirliyi ordu üçün nəzərdə tutulan yeni hərbi geyimlərin NATO standartları əsasında hazırlanacağını açıqlayıb. Yerli mətbuata açıqlama verən nazirlik rəsmiləri sovet və rus standartlarına uyğun formaların dəyişdiriləcəyini bəyan edib.

Fatimə Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*