Ermənistan Rusiyanın axtardığı fərarini azadlığa buraxdıbackend

Ermənistan Rusiyanın axtardığı fərarini azadlığa buraxdı

Ermənistan Baş Prokurorluğu Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının tələbi ilə aprelin 7-də fərarilik işi üzrə aparılan istintaq çərçivəsində saxlanılan 23 yaşlı rusiyalını azadlığa buraxıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Armenia Today” nəşri yazıb.

Qeyd olunub ki, Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarından belə bir müraciət daxil olmadığı üçün fərari gənc ölkəsinə ekstradisiya edilməyəcək.

23 yaşlı Yuri T. (soyadı açıqlanmır) Rusiyada qismən səfərbərlik dövründə fərarilikdə ittiham olunur. Onu beş ildən on ilədək həbs gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*