“Ermənistan SEÇİM QARŞISINDA: ya Zəngəzur dəhlizi, ya da Laçında keçid məntəqəsi” – Abramyanbackend

"Ermənistan SEÇİM QARŞISINDA: ya Zəngəzur dəhlizi, ya da Laçında keçid məntəqəsi" - Abramyan

Ermənistanı Qarabağla birləşdirən dəhlizdə Azərbaycan keçid məntəqəsi yarada bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb. O, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına münasibət bildirib.

“Ermənistana qarşı sentyabr “təcavüzü”ndən sonra Azərbaycan ilkin şərt kimi yenidən “Zəngəzur dəhlizi” mövzusunu aktivləşdirib.

Üstəlik, Türkiyə Xarici İşlər Nazirliyi rəhbəri “Laçın və Zəngəzur dəhlizləri eyni statusa malik olmalıdır” bəyanatını verir.

Əvvəllər bunu Azərbaycan Prezidenti bəyan edirdi, amma indiki mərhələdə məsələ, görünür, daha kəskin şəkildə qoyulub.

Bu nə deməkdir? Problem belədir: Azərbaycan və Türkiyə Ermənistanı Qarabağla birləşdirən “Laçın dəhlizi”ndə Azərbaycan keçid məntəqəsi və nəzarət yaratmaqla “hədələyir”.

Düzdür, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, o, Rusiya sülhməramlılarının nəzarətindədir və Azərbaycan nəzarət-buraxılış məntəqələrinin yerləşdirilməsini nəzərdə tutmur. Lakin Azərbaycanın bu bəyanatdan öz ideyalarına uyğun istifadə etdiyini nəzərə alsaq, indiki halda problem daha da mürəkkəbləşir.

Ermənistanı Qarabağla birləşdirən dəhlizdə Azərbaycan keçid məntəqəsinin yaradılmasının nəticələri nə olacaq?

Keçid məntəqəsinin mümkün yerləşdirilməsi, şübhəsiz ki, ermənilərin Qarabağdan köçməsinə səbəb olacaq. Çünki Qarabağ və Ermənistanın bir çox sakinləri üçün bu hissədən keçmək ciddi təhlükəsizlik təhdidinə çevriləcək.

Mən onu demirəm ki, Azərbaycanın bu yola nəzarət etməsi istənilən vəziyyətdə yolun bağlanması təhlükəsi ilə nəticələnəcək.

Məncə, Azərbaycan Ermənistan hakimiyyətini elə-belə seçim qarşısında qoymayıb: ya Zəngəzur dəhlizinə razılıq vermək və ya Ermənistanı Qarabağla birləşdirən yolda nəzarət-buraxılış məntəqəsi yerləşdirmək”, – deyə Abramyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

  • Fedya
    Oktyabr 19, 2022 - 21:31

    Aə bu necə kapituliasiyadır ki, seçimi biz yox Ermənistan edir. Buda yəqin dünyada bir ilkdir və Azərbaycan analoqlu bir ilk😋

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*