Ermənistan sərhədçisi minaya düşərək öldübackend

Ermənistan sərhədçisi minaya düşərək öldü

Ermənistanın Sünik vilayətində erməni sərhədçi minaya düşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Hadisə nəticəsində sərhədçi ölüb. Mina partlayışının necə və hansı şəraitdə baş verdiyi açıqlanmır.

Ermənistanın İstintaq Komitəsi sərhədçinin öldüyünü təsdiqləsə də, əlavə məlumat verməyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*