backend

Ermənistanda deputatın keçmiş əri Rusiyaya qaçdı

Ermənistanın keçmiş deputatı, İsveçdəki səfiri Aleksandr Arzumanyanın sabiq köməkçisi Norayr Movsisyan dələduzluq yolu ilə iri məbləğdə pul mənimsəyib.

KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məqalə dərc edib.

“Zərərçəkənlər arasında hakim “Mənim addımım” parlament fraksiyasının katibi Akop Simidyan, qrupun deputatları Amazasp Danielyan, Ayk Koncoyan, Ermənistan İctimai Radiosunun icraçı dirketoru Qaregin Xumaryan, Movsisyanın əvvəllər birgə işlədiyi bir qrup radio və parlament əməkdaşları da var.

Qeyd edək ki, Norayr Movsisyan müxalifətdə olan “İşıqlı Ermənistan” parlament fraksiyasını deputatı Ani Samsonyanın keçmiş əridir. Onlar artıq iki ildir boşanıblar.

“Onların yalan sistemi belə qurulubmuş: Norayr Movsisyan hərdən A.Samsonyanla birlikdə görünürmüş. O, keçmiş həyat yoldaşını işgüzar ortağı kimi təqdim edirmiş. Bildirirmiş ki, pul qoyub ikiqat qazanmaq üçün özünün biznes-proqramı var. Movsisyan aldatdığı insanlara sərmayə ilə məşğul olacaqlarını boyun olub və bütün məsuliyyəti daşıdığını bildirib. İnananlar da pulu ona verib. Keçmiş deputat pulları götürüb Rusiyaya qaçıb. Hazırda onun barəsində axtarış elan edilib”, – qəzet yazıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*