Türkiyəli atlet İrəvandakı qələbəsini Azərbaycana həsr etdi – YENİLƏNİB – VİDEObackend

Türkiyəli atlet İrəvandakı qələbəsini Azərbaycana həsr etdi - YENİLƏNİB - VİDEO

Xəbər verdiyimiz kimi,  İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda türkiyəli idmançı qızıl medal qazanıb.

KONKRET.az xəbər verir ki, Cansu Bektaş “TRT Haber”ə müsahibəsində qələbəni Azərbaycana həsr etdiyini bildirib.

***

20:57

Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Ağır Atletika Çempionatında Türkiyə millisinin idmançısı qızıl medal qazanıb. 

KONKRET.az xəbər verir ki, qadınlar arasında 45 kiloda mübarizə aparan Cansu Bektaş birdən qaldırmada 72 kiloqramlıq qaldırma ilə yeniyetmələr arasında Avropa rekordunu qıraraq qızıl medala sahib olub.

Qızıl medal təqdim edildikdən sonra Türkiyənin Dövlət Himni “İstiklal marşı” səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*