Ermənistan Polisi Daştavan kəndində baş verən kütləvi dava ilə bağlı məlumat yayıb.
KONKRET.az xəbər verir ki, polis bəzi KİV-lərdə kənd kilsəsinin həyətində baş verən insident zamanı atəş açılması və xəsarət alanların olması barədə yayılan məlumatları təkzib edib.
Qurumun məlumatına görə, dava zamanı iştirakçılar daş və dəyənək istifadə ediblər.
İnsidentin bir neçə iştirakçısı saxlanılaraq Masis icma polis şöbəsinə aparılıb.
Hadisə ilə bağlı materiallar istintaq orqanlarına göndərilib və fakt üzrə cinayət işi başlanıb.
Hazırda insidentin başvermə şəraiti və digər təfərrüatlar araşdırılır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
