Ermənistanda müxalifət lideri SAXLANILDIbackend

Ermənistanda müxalifət lideri SAXLANILDI

Xüsusi təyinatlı polis qüvvələri səhər tezdən Ermənistan müxalifətinin liderlərindən biri Andranik Tevanyanı tərəfdarlarının İrəvanın mərkəzində küçəni bağlamasından sonra saxlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Onun həbsini əks etdirən video sosial şəbəkələrdə tərəfdarları tərəfindən yayılıb.

Qeyd olunub ki, səhər saatlarından İrəvanda küçələr bağlanıb, polis artıq müxalifət fəallarını həbs etməyə başlayıb.

Məlumata görə, Nazirlər Kabinetinin binası sıx polis kordonu ilə əhatə olunub və orada baş nazir Nikol Paşinyanın sədrliyi ilə hökumətin iclası gözlənilir.

Müxalifət Nazirlər Kabinetinin iclas keçirməsinə mane olmaq niyyətindədir.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*