Ermənistanın keçmiş müdafiə nazirinin ibtidai istintaqı yekunlaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsində başlanmış cinayət işinin (“məxfi” bəndi ilə) ibtidai istintaqı başa çatıb.
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan və daha 12 nəfərə qarşı ittiham irəli sürülüb.
Ohanyan külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaqda ittiham olunur.
Qeyd edək ki, fevralın 8-də Ermənistan parlamenti “Ermənistan” müxalifət fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı cinayət təqibinə icazə verib.
O, deputat toxunulmazlığından məhrum edilib.
Ohanyan bildirib ki, ona qarşı irəli sürülən ittihamları qəbul etmir və məhkəmədə günahsız olduğunu sübut edəcək.
Xuraman Etibarlı,
KONKRET.az
