Ermənistanda təhlükəsizlik əməkdaşı cəzaçəkmə müəssisəsində özünü GÜLLƏLƏDİbackend

Ermənistanda təhlükəsizlik əməkdaşı cəzaçəkmə müəssisəsində özünü GÜLLƏLƏDİ

Ermənistanda penitensiar müəssisədə üzərində güllə yarası olan təhlükəsizlik əməkdaşının meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatına Cəzaçəkmə Müəssisəsinin mətbuat xidmətindən məlumat verirlib.

“Aprelin 12-də saat 11:20 radələrində Ermənistan Ədliyyə Nazirliyinin “Armavir” cəzaçəkmə müəssisəsinin postlarından birində müəssisənin mühafizə şöbəsinin əməkdaşı L.M.-nin (1977-ci il təvəllüdlü)  güllə yarası ilə meyiti tapılıb”, – deyə mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə, həmin şəxs xidməti silahla özünü güllələyib. Faktla bağlı cinayət işi başlanıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*