Düzəlişlər və yenidən hesablamalar nəticəsində partiyamızın səsi artıb”.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş müqaviləsi” Partiyasının deputatı Vaaqn Aleksanyan yazıb.
“Bu, danılmaz faktdır. Başqa sözlə, texniki səhvlər və qeyri-dəqiqliklər səbəbindən ən çox azalan bizim səsimiz olub. Yoxlamalardan sonra partiyamızın səsində 950 artım olub”, – V.Aleksanyan bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası iyunun 7-də keçirilən parlament seçkilərində 49,83 % səs toplayıb.
