Ermənistanın atəşləri nəticəsində yaralananların sayı 404-ə çatıbbackend

Ermənistanın atəşləri nəticəsində yaralananların sayı 404-ə çatdı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən KONKRET.az -a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 404 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 455, çoxmənzilli yaşayış binalarının sayı 97, yaşayış evlərinin sayı isə 2 465-dır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*