Ermənistanın Bərdəyə raket atması nəticəsində yaralananlardan ikisi bank əməkdaşıdırbackend

Ermənistanın Bərdəyə raket atması nəticəsində yaralananlardan ikisi bank əməkdaşıdır

Bu gün saat 13:00 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazisinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində “Yelo Bank” ASC-nin 2 əməkdaşı yaralanıb.

Bankdan verilən məlumata görə, əməkdaşlardan birinin vəziyyəti ağır, digərinin isə qeyri-kafidir.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 19 nəfər həlak olub, 60-a yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*