Ermənistanın KTMT-dən çıxması üçün heç bir hüquqi proses yoxdur – Kostanyanbackend

Ermənistanın KTMT-dən çıxması üçün heç bir hüquqi proses yoxdur - Kostanyan

Ermənistanın KTMT-dən çıxması üçün heç bir hüquqi proses yoxdur.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

Kostanyanın sözlərinə görə, noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində Ermənistanın iştirak edib-etməyəcəyi ilə bağlı heç bir qərar verilməyib.

“Qərar qəbul olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Nəzəri cəhətdən biz ya iştirak edəcəyik, ya da iştirak etməyəcəyik. Hazırda KTMT-dən çıxmaq üçün hüquqi proses müzakirə olunmur”, – Kostanyan bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*