“Ermənistanın KTMT sammitində qəbul edilən sənədlərə qoşulması məsələsinə baxılacaq” – Badalyanbackend

"Ermənistanın KTMT sammitində qəbul edilən sənədlərə qoşulması məsələsinə baxılacaq" - Badalyan

“İrəvan Ermənistanın KTMT sammitində qəbul edilən sənədlərə qoşulması məsələsinə baxacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

O bildirib ki, Minskdə KTMT dövlət başçılarının görüşü keçirilib, amma Ermənistan tərəfi orada iştirak etməyib.

“Belarusun xarici işlər naziri bildirib ki, sammitdən sonra KTMT-nin baş katibi qəbul edilən qərarları erməni tərəfdaşlarına çatdırmaq üçün İrəvana gedəcək”, – deyə Badalyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*