Biz müttəfiqimiz Ermənistanın Roma Statutuna qoşulmasını tamamilə qeyri-dost addım hesab edirik.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBC-yə müsahibəsində deyib.
“Hamıya aydındır ki, Beynəlxalq Cinatyə Məhkəməsinin (BMC) sözün həqiqi mənasında ədalətlə heç bir əlaqəsi yoxdur. “Bu, Qərbin bəyənmədiyi fiqurların cinayət təqibinə dair göstərişləri yerinə yetirən siyasiləşmiş qərbyönlü strukturdur. Bu məhkəmə bir müddət əvvəl Rusiyanın yüksək rütbəli rəhbərliyinin nümayəndələrinin həbsinə order verib. Təbii ki, bu sərəncamlar qanuni cəhətdən tamamilə etibarsızdır. BCM-nin Rusiyaya və onun rəhbərliyinə qarşı tamamilə siyasiləşdirilmiş düşmən mövqeyi fonunda müttəfiqimiz Ermənistan bu məhkəmənin nizamnaməsini ratifikasiya etmək qərarına gəlir. Belə bir addımı necə qəbul etməliyik? Sadəcə, yumşaq desək, qeyri-dost kimi”, – deyə diplomat bildirib.
Ariz Həsənoğlu,
KONKRET.az
