Ermənistanın sərhədləri qorumaq üçün tərəfdaşlara MÜRACİƏT EDƏCƏKbackend

Ermənistanın sərhədləri qorumaq üçün tərəfdaşlara MÜRACİƏT EDƏCƏK

Ermənistanın müdafiə naziri sərhədləri qorumaq üçün tərəfdaşlara müraciət etməyi istisna etməyib.

KONKRET.az xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan parlamentdə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, eskalasiya təhlükəsi daim mövcuddur.

“Bu hal bizi daha da sayıq və dövlətin sərhədlərini qorumağa hazır edir. Sərhədin mühafizəsi məsələsində ehtiyac yaranarsa, tərəfdaşlara müraciət edəcəyik”, – deyə Papikyan bildirib.

Azərbaycan silahlı qüvvələrinin Ermənistan sərhədləri və Qarabağ yaxınlığında toplanması ilə bağlı sualı cavablandıran Papikyan deyib ki, “müdafiə ordusu” və RSK vaxtaşırı baş verənlər barədə məlumat verir.

“Ermənistana gəlincə, hazırda sərhədlərimizdə heç bir yığılma qeydə alınmayıb. Amma sayıqlığı zəiflətmək olmaz.

Biz sülh gündəmindən yayınmırıq, lakin bu o demək deyil ki, bizim sərhədlərimiz və ya ərazi bütövlüyümüz təhlükə altında deyil”, – deyə Papikyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*