“Eurovision – 2021”də təmsilçimiz bu nömrə ilə çıxış edəcəkbackend

“Eurovision - 2021”də təmsilçimiz bu nömrə ilə çıxış edəcək

Mayın 18-22-də Rotterdam şəhərində keçiriləcək “Eurovision – 2021” mahnı müsabiqəsinin yarımfinallarında iştirak edəcək ölkələrin siyahısı və ardıcıllığı bəlli olub.

KONKRET.az müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin təmsilçisi Efendi mayın 18-də keçiriləcək birinci yarımfinalda 14-cü nömrə ilə çıxış edəcək.

Qeyd edək ki, müsabiqənin yarımfinalları mayın 18-də və 20-də, final mərhələsi isə 22-də keçiriləcək.

Xatırladaq ki, ötən il Rotterdam şəhərində 65-ci dəfə keçirilməsi nəzərdə tutulmuş “Eurovision – 2021” mahnı müsabiqəsi koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər üzündən təxirə salınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*