Everest dağını təmizləmək üçün illər lazım olacaq – FOTObackend

Everest dağını təmizləmək üçün illər lazım olacaq - FOTO

Dünyanın ən hündür zirvəsi olan Everest zibilliyə çevrilib.

KONKRET.az Euronews-a istinadən xəbər verir ki, Everest zirvəsinə yaxın bir qrup dünyanın ən yüksək düşərgəsinin zibillə dolu olduğunu və bunun illərlə təmizlik tələb edəcəyini bildirib. Builki dırmaşma mövsümündə Nepal hökumətinin və xüsusilə də Himalay dağlarında yaşayan Şerpaların ayırdığı əsgərlər Everestdən 11 ton zibil, 4 cəsəd və bir skelet çıxarıblar.

Alpinistlərin son düşərgəsi olan Cənubi Kolda hələ də 40-50 ton zibilin olma ehtimalı var. Zibillərə köhnə çadırlar, qida qabları, qaz patronları, oksigen şüşələri, çadır hissələri və kəndir kimi materiallar daxildir.

Nepallılar deyirlər ki, Everest dağını təmizləmək üçün illər lazım olacaq.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*