“Facebook” və “İnstaqram” Əli Xamneyini “qara siyahı”ya saldı – Hesabları silindibackend

“Facebook” və “İnstaqram” Əli Xamneyini “qara siyahı”ya saldı – Hesabları silindi

İsrailə bağlı qruplar Qəzzadakı müharibə ilə bağlı sərt açıqlamalar verən İranın dini lideri Ayətullah Əli Xamneyinin sosial media hesablarının bağlanmasını istəyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Meta” İranın dini lideri Ayətullah Əli Xamneyini “qara siyahı”ya salıb.

Texnologiya nəhəngi bununla bağlı açıqlama da verib: “Qaydalarımızı dəfələrlə pozan təhlükəli qurumların və şəxslərin hesablarını sildik”.

Qərara uyğun olaraq, İran liderinin ingilis və fars hesabları silinib.

Sosial medianın aktiv istifadəçisi olan Xamneyinin “İnstaqram” hesabını 5 milyondan çox insan izləyirdi.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*