Fateh Sultan Mehmetin orijinal portreti satışa çıxarıldı – FOTObackend

Fateh Sultan Mehmetin orijinal portreti satışa çıxarıldı - FOTO

Fateh Sultan Mehmetin dövrümüzə qədər gəlib çatmış üç orijinal portretindən biri İngiltərə paytaxtında satışa çıxarılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Osmanlı sultanının italiyalı rəssam Centile Bellini tərəfindən 1480-ci ildə çəkilən portreti “Christie’s” hərrac evində satılacaq. Fateh Sultan Mehmetin başqa bir insanla təsvir edildiyi yeganə portret sayılan əsər hərracın ən diqqətçəkən işlərindən olacaq.

Əsərin 400-600 min funt sterlinqə satışa çıxarılacağı ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*