Fələstinin müstəqil dövlət qurmaq hüququ qısa zamanda həyata keçirilməlidir – Si Cinpinbackend

Fələstinin müstəqil dövlət qurmaq hüququ qısa zamanda həyata keçirilməlidir - Si Cinpin

Fələstin xalqının yaşamaq və öz müstəqil dövlətini qurmaq hüququ ən qısa zamanda həyata keçirilməlidir.

KONKRET.az xəbər verir ki, bunu Çin prezidenti Si Cinpin deyib.

Çin lideri Beynəlxalq Həmrəylik Günü münasibətilə Fələstin Xalqına göndərdiyi mesajda sülh danışıqlarının ən qısa zamanda bərpa olunmasının lazım olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 30-da Çin Xarici İşlər Nazirliyi Fələstin və İsrail arasında münaqişənin həlli ilə bağlı eş bəndlik sənəd dərc edib. Çin hərbi əməliyyatları tez bir zamanda dayandırmağa və mülki əhalinin müdafiəsinə çağırır. Pekin həmçinin “iki xalq üçün iki dövlət” planına qayıtmağı və paytaxtı Şərqi Qüds olmaqla 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin yaradılmasını müdafiə edir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*