“Fənərbağça”dan növbəti darmadağınbackend

Fənərbağça”dan növbəti darmadağın

Futbol üzrə Türkiyə Superliqasında VII turun daha bir oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, çempionluğa iddialı “Fənərbağça” doğma meydanda “Rizespor”la qarşılaşıb.

Matç meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul klubunun heyətində qolları Sebastian Şimanski (3), İrfan Can Kahveci (47), Edin Ceko (62), Duşan Tadiç (75) və Coşua Kinq (90+2) vurublar.

Cari mövsüm Superliqada keçirdiyi 7 oyunun hamısında qalib gələn “Fənərbağça” maksimum nəticə (21 xal) ilə turnir cədvəlinə başçılıq edir. 11 xalı olan “Rizespor” isə yeddinci pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*