UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
KONKRET.az xəbər verir ki, 1/16 finalın cütləri bəlli olub.
Liqa mərhələsində 9-24-cü yerləri tutan 16 komandanın rəqiblərinin adına aydınlıq gəlib. Türkiyə təmsilçilərindən “Fənərbağça” Belçikanın “Anderlext” kollektivi ilə üz-üzə gələcək. “Qalatasaray” isə Niderlandın AZ klubununn müqavimətini qırmağa çalışacaq.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
“Tvente” (Niderland) – “Budyo Qlimt” (Norveç)
“Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika)
“Yunion” (Belçika) – “Ayaks” (Niderland)
PAOK (Yunanıstan) – FCSB (Rumıniya)
AZ (Niderland) – “Qalatasaray” (Türkiyə)
“Midtyullann” (Danimarka) – “Real Sosyedad” (İspaniya)
“Ferentsvaroş” (Macarıstan) – “Viktoriya” (Çexiya)
“Portu” (Portuqaliya) – “Roma” (İtaliya)
Qeyd edək ki, bu raundun oyunları fevralın 13-də və 20-də keçiriləcək.
“Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıb.