Müharibə iştirakçısını döyərək öldürdülərbackend

Müharibə iştirakçısını döyərək öldürdülər

Mingəçevirdə ölümlə nəticələnən davanın təfərrüatı məlum olub.

KONKRET.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 22-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərdən birinin qarşısında baş verib.

Şəhər sakini, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.

Məlumata görə, bir müddət əvvəl Tural Bəhrəmli Rafiqin qızını sevib. Lakin Rafiqin ailəsi qızı ona verməyib. Tural isə sevdiyi qızın qarşısını kəsərək, onu qaçıracağını bildirib. Həmin gün kafedə ad günü məclisində olan Rafiqə bu barədə məlumat çatıb və o, Turalı kafeyə çağırıb. Hadisə yerinə gələn Turalla Rafiq arasında mübahisə yaranıb. Mübahisə kafenin qarşısında da davam etdirilib. Nəticədə Rafiq Turalı yumruq və təpik zərbələri ilə ölümcül döyüb.

Hadisəyə ad günündə iştirak edən şəxslər müdaxilə edib və Turalı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Tural xəstəxanada dünyasını dəyişib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Rafiq Məmmədov saxlanılıb.

***
İyunun 22-si gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərin birinin qarşısında dava-dalaş olub.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb.

R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Qeyd edək ki, T.Bəhrəmli Vətən müharibəsi iştirakçısıdır. O, Mingəçevirdə məktəblərdən birində gözətçi işləyirmiş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*