Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİbackend

Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ

Bakıda avtobusun piyadanı vurub öldürməsi ilə bağlı təfərrüat məlum olub.

KONKRET.az lentaz-a istinadən xəbər verir ki, hadisə iyunun 20-i saat 18 radələrində, Ramana qəsəbəsi, Yeni Ramana küçəsində qeydə alınıb.

65 yaşlı Səlimov Rəşid Ağazəki oğlunun idarə etdiyi sərnişin avtobusu dayanacaqda dayanan 65 yaşlı Hüseynov Vaqif Tofiq oğlunun idarə etdiyi sərnişin avtobusunu vurub, daha sonra yol kənarı ilə hərəkət etmək istəyən 75 yaşlı Bağda Soini vurub.

Sabunçu Tibb Mərkəzinə yerləşdirilən qadın orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*