Filipp Kirkorov Moldovaya BURAXILMADIbackend

Filipp Kirkorov Moldovaya BURAXILMADI

Moldova sərhəd polisi rusiyalı müğənni Filipp Kirkorovun ölkəyə girişinə qadağa qoyub.

KONKRET.az “Interfax”a istinadən xəbər verir ki, Kirkorov iyulun 29-na keçən gecə İstanbuldan adi təyyarə ilə Kişinyova uçub. Hava limanının VİP-zalındakı sərhəd nəzarətində ona Moldovaya daxil ola bilməyəcəyi bildirilib.

“Kişinyov Beynəlxalq Hava Limanında bəzi əcnəbi vətəndaşların Moldova Respublikasına buraxılmaması barədə qərar qəbul edilib. Sərhəd nəzarəti zamanı onların dövlət sərhədindən keçmək üçün icazə şərtlərinə əməl etmədiyi müəyyən edilib” – Sərhəd polisi agentliyin saytında dərc olunan bəyanatda deyilir.

Qeyd dək ki, ötən həftə Kirkorov “Şor” partiyasından olan deputat Marina Tauberə qarşı başladılan cinayət işi çərçivəsində istintaqa cəlb olunub. İş materiallarına görə, Kirkorov iyun ayında Kişinyovda konserti üçün partiya liderlərindən 200 min dollar alıb. Sonradan hakimiyyət orqanları tərəfindən konsert ləğv edilib. Nəticədə Tauber deputat toxunulmazlığından məhrum edilib və 30 sutkalıq həbs edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*