Filippinin Mülki Aviasiya İdarəsi agentliyin elektron poçt vasitəsilə aldığı bomba təhlükəsindən sonra ölkədəki 42 hava limanını yüksək hazırlıq vəziyyətinə gətirib.
KONKRET.az xəbər verir ki, buna səbəb Filippinin Mülki Aviasiya İdarəsi agentliyinin elektron poçtuna gələn bomba təhlükəsi ilə bağlı xəbər olub.
“Hazırda bu məlumatın yoxlanılmasına baxmayaraq, bütün hava limanlarında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür”, – məlumatda deyilir.
Mülki Aviasiya İdarəsi beynəlxalq səyahət edən sərnişinlərə hava limanına uçuşdan ən azı üç saat əvvəl gəlməyi tövsiyə edib.
Yüksək xəbərdarlığa baxmayaraq, Filippin hava limanlarında bütün planlaşdırılmış uçuşlar qrafikə uyğun həyata keçirilir.
Ariz Həsənoğlu,
KONKRET.az
