Bu ölkə Rusiya ilə sərhədlərini tamamilə bağlaya bilərbackend

Bu ölkə Rusiya ilə sərhədlərini tamamilə bağlaya bilər

“Rusların ciddi axını halında vəziyyətin qarşısını almaq üçün bir neçə ssenari var. Onlardan biri hətta sərhədin bağlanması ola bilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Finlandiya Sərhəd Mühafizəsinin Vəziyyətlərin və Risklərin Təhlili Mərkəzinin rəhbəri, polkovnik-leytenant Mikko Lehmus deyib.

“Sərhəd mühafizəsi haqqında qanun sərhəddəki buraxılış məntəqələrinin bağlanmasını son çarə kimi nəzərdə tutur”, – deyə polkovnik bildirib.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri sığınacaq üçün müraciətlərin sayı 2022-ci ildə 300-ü ötüb. Bu il şərq sərhədində 60 nəfər Finlandiyadan siyasi sığınacaq istəyib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*