Fransa Azərbaycanı yenidən İTTİHAM ETDİ – “Parisə yenə nə güllə dəydi?”backend

Fransa Azərbaycanı yenidən İTTİHAM ETDİ – "Parisə yenə nə güllə dəydi?"

Fransanın rəqəmsal xarici müdaxilələrə qarşı müdafiə xidməti (Viginum) Azərbaycanla bağlı açıqlama yayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, açıqlama ittiham xarakteri daşıyır. Xidmət deyir ki, guya Azərbaycan gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Fransanın imicinə xələl gətirən təbliğat aparır.

Öz gözündə tiri görməyən Fransa Azərbaycanın gözündə tük axtarır. Ermənistanı sürətlə silahlandıran, 30 il Qarabağ münaqişəsində haqlı mövqe sərgiləməyən bir dövlət indi ayılıb ki, bəs Azərbaycan 2024-cü il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək Fransanın reputasiyasına xələl gətirmək üçün ardıcıl proseslərə rəvac verib.

Görəsən, Fransa öz ikiüzlü siyasəti ilə nüfuzdan düşməsini bizimlə niyə əlaqələndirməlidir ki?! Məgər Parisdə baş verən iğtişaşlarda fransız polisi ilə etirazçılar arasındakı toqquşmaların foto və videoları yalnız Azərbaycandamı dərc edilib?!

Görünür, həm özünü, həm də bacısı Ermənistanı sürətlə silahlandıran Fransa hər uğursuzluğunda Azərbaycanı günahkar hesab edəcək.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*